“Atletiko”nun futbolçusu rəsmən “Bayer”də
25.09.2020 , 16:49

“Bayer” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi Madrid “Atletiko”sunun müdafiəçisi Santyaqo Ariası transfer edib.
28 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Müdafiəçi yeni komandasında mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək.
