“Atletiko”nun futbolçusu cəzalandırıldı
12.03.2025 , 19:14

“Atletiko”nun futbolçusu Anxel Korrea 5 oyunluq cəzalandırılıb.
Korner.az xəbər verir ki, bununla bağlı İspaniya Futbol Federasiyası İntizam Komitəsində qərar verilib.
Argentinalı oyunçu “Xetafe”yə qarşı keçirilən görüşdə hakimə qarşı qeyri-etik söz işlətdiyi üçün bu cəzaya məruz qalıb.
