İspaniya La Liqasında mübarizə aparan “Atletiko” (Madrid) Adnrea Belotti ilə maraqlanır.
Korner.az-ın məlumatına görə, bu haqda “Cadena COPE” xəbər yayıb.
Paytaxt təmsilçisi ilk öncə sabiq futbolçusu Dieqo Kostanı transfer etməyə çalışacaq. Əgər transfer reallaşmasa, o zaman klub Belotti üçün “Torino”nun qapısını döyəcək.
Qeyd edək ki, 23 yaşlı hücumçu bu mövsüm İtaliya təmsilçisinin forması ilə 36 oyuna 27 qol vurub və 5 məhsuldar ötürmə edib.
