İspaniyanın “Madrid” kubunun bu mövsümdən etibarən ev oyunlarını keçirəcəyi “Vanda Metropolitano” stadionunun tikintisi üçün xərclənən məbləğ açıqlanıb.
Arena ümumilikdə 310 milyon avroya başa gəlib. Bu məbləğin 170 milyon avrosunu klub ödəyəcək. Daha 140 milyon isə kompensasiya kimi keçmiş Visente Kalderon stadionunun yerləşdiyi torpaq sahəsinə görə veriləcək.
“Atletiko” 67 703 azarkeş tutumuna malik olan “Vanda Metropolitano” stadionunda ilk oyununu La Liqa çərçivəsində sentyabrın 16-da “Malaqa”ya qarşı keçirəcək.
