big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

“Atletiko”nu bir zənglə tərk edən bakılı: Anam həmişə deyir ki, yəqin azərbaycanlı olduğuna görə mənə oxşamısan – LAYİHƏ

21.02.2017 , 08:30

Sportfm.az və Korner.az saytlarının "Nefçi” – 80: ağ və qara tarix” layihəsi çərçivəsində altıncı yazısı 

Müstəqillik dönəmində "Neftçi”nin legioner həyatı yaşayan ilk futbolçusu kimi tarixə düşmüş Dmitri Kramarenko ilə müsahibənin ikinci hissəsi.

 
Müsahibənin əvvəlini bu linkdə oxuya bilərsiniz: http://korner.az/v3/xeber/38131/
 
 
Onun bu cəmiyyətə, bu ölkəyə münasibətini qəbul edə bilmirdim
 
– Millidən söz düşmüşkən, nadir insansınız ki, Berti Foqtsun işini hələ burda olanda tənqid edirdiniz. Hətta Rusiya mətbuatına o vaxt açıqlama vermişdiniz ki, "Foqtsdan heç nə gözləmirəm…” Bu, həmin vaxtlar idi ki, siz hələ futbolçu karyeranızı bitirməmişdiniz və az, hətta cüzi də olsa, yığmaya çağırılmaq şansınız var idi. Bu açıqlamalarla həmin şansın da üstündən xətt çəkdiyinizi düşünmürdünüzmü?
– Məni tanıyanlar yaxşı bilirlər, həmişə öz şəxsi fikrimi demişəm və heç vaxt da çəkinməmişəm. Milliyə Şahin Diniyev təyin olunandan sonra yığmaya çağırılmadım. Diniyevdən sonra Foqts gəldi. Futbolçu kimi qazandığı uğurlar var, hörmətlə yanaşıram, amma onun məşqçi kimi işi xoşuma gəlmirdi. Davranışlarını bəyənmirdim. Burda yaşaya-yaşaya, burda işləyə-işləyə insanlara necə münasibət göstərirdi? Çox pis! Yeri gəlmişkən, eyni halla yenə qarşılaşıram. Məsələn, Qriqorçukun da bəzi hərəkətləri xoşuma gəlmir. Nə isə, biz indi Foqtsdan danışırıq, Qriqorçuku bir kənara qoyaq. Onun haqqında danışmayacağam. Bəlkə də o vaxt yığmada oynayan uşaqlara da təsir edirdi Bertinin münasibəti. Hərçənd, indi onun dövründə millidə oynayanlardan bəziləri deyirlər ki, Foqts komandanın səviyyəsini qaldırdı. Mən belə düşünmürəm.
Baxın, Rövnəq müəllim AFFA-ya prezident seçiləndən sonra millinin oyunlarından əvvəl komanda ilə görüşürdü və deyirdi ki, uşaqlar, bu oyunu udsanız, filan qədər mükafat verəcəyik. Bu da futbolçular üçün əlavə stimul olurdu. İndi durub kiminsə Foqts komandaya filan taktikanı gətirdi, filan şey qazandırdı deməsi absurddur. Hə, nizam-intizam məsələsində yenilik eləmiş ola bilər – səhər yeməyinə gecikənlərin cərimələnməsi kimi – ancaq mənim üçün onun bu cəmiyyətə, bu ölkəyə münasibəti önəmlidir. Necə münasibət bəslədiyini isə hamımız görürdük. 
– Əslində, müsahibə sizin karyeranızla bağlı olmalıdır bütövlükdə, ancaq milli komandadan söz düşdüyü üçün bu sualı verdim. Sizin 2000-ci illərin əvvəllərində, daha dəqiq desək, 2002-ci ildə karyeranızı İspaniyada davam etdirmək şansınız da olub. Madrid "Atletiko”suna baxışa da getmişdiniz. Özü də komandanın ovaxtkı baş məşqçisi Luis Araqonesin dəvəti ilə getmişdiniz. Ancaq son anda yenidən Rusiyaya qayıtdınız. Nə baş verdi, ispanlarla niyə anlaşa bilmədiniz?
– Bu dəvət elə bir vaxtda gəldi ki, "Dinamo”da böyük dəyişiklər aparılırdı. Nələrin baş verdiyi tam yadımda da deyil, əslində…
 
Müqavilənin detallarının dəqiqləşdirildiyi ərəfədə Qazzayev Rusiyadan zəng etdi
 
– Xatırlada bilərəm. Komanda sizə qədər bir qapıçısını Vasili Xomutovskini transferə çıxarmışdı. Kiyev "Dinamo”sundan Aleksandr Filimonovu gətirmək istəyirdilər, ancaq bu sevdaları baş tutmamışdı. "Zenit”dən Dmitri Borodini baxışa çağırmaqları isə səbrinizi daşırmışdı və klubun qapıçılarla bağlı siyasətinə etiraz əlaməti olaraq komandanı tərk etmək qərarına gəlmişdiniz….
– Hə, bax bunlar baş verirdi və elə həmin günlərdə karyeramı İspaniyada davam etdirmək imkanım yaranmışdı. Təklifi tanıdığım bir agent – Vladimir Beniaşvili irəli sürmüşdü. O da bakılıdır. İspaniyada onların evində qonaq idim. Dedi ki, burda oynamağın üçün imkan var. Mənim o vaxt yaşım çox idi – 29 yaşım var idi. Dedi ki, sənin üçün yaxşı şansdır, gəl yoxlayaq. Razılaşdım. Klubun prezidenti ilə də, baş məşqçi ilə də tanış oldum. Dedilər ki, bilirik, Azərbaycan millisinin qapısını qoruyursan, Rusiyada yaxşı karyeran olub, sənə şans veririk, buyur, özünü göstər. Nəticədə məni ikinci komandada yoxladılar. Əslində, ikinci komanda da birinci komandadan qətiyyən geri qalmırdı (gülür). Hardasa 2 həftə məşq etdim. Sonda ikinci komanda transferim üçün müqavilə təklif etdilər və dedilər ki, baxacağıq, özünü tam doğrultsan, gələcəkdə əsas komandada oynamaq imkanı da yaradacağıq. Mənim üçün elə də fərqi yox idi, birinci komandadır, yoxsa ikinci. Əsas o idi ki, İspaniya çempionatında oynayacaqdım.
Müqavilənin detallarının dəqiqləşdirildiyi ərəfədə Valeri Qazzayev(Rusiyanın əməkdar məşqçisi – red.) Rusiyadan zəng etdi. SSKA-da işləyirdi onda və ikinci qapıçı problemi yaşayırdı. Əsas qapıçısı sonradan avtomobil qəzasına düşərək ömürlük əlil qalan Veniamin  Mandrıkin idi. Qazzayev dedi ki, komandada sənin kimi təcrübəli qapıçıya ehtiyacım var, gəl, sənin üçün hər cür şərait yaradılacaq. Açığı, onun dəvəti qarşısında düşünmədən qərarımı verdim, əşyalarımı toplayıb dərhal Moskvaya uçdum. İspaniya çempionatında oynamaq çox maraqlı olardı. İki həftə onların komandasında məşqlərə çıxdım, akademiyalarını, uşaq futbol məktəblərini, işə yanaşma tərzlərini, futbola münasibətlərini gördüm. O iki həftə ərzində gördüklərimi, yaşadıqlarımı sözlə ifadə etmək çətindir. Hər şey fantastik idi. 
– O cür fantastik şəraiti Rusiyaya dəyişməyə peşman olmadınız?
– Düzünü desəm, yox, peşman olmadım. Ümumiyətlə, həyatda heç bir qərarıma görə peşman olmamağa çalışmışam. Karyeramda o qədər şeylər olub, o qədər səhvlər buraxmışam, çətinliklərlə qarşılaşmışam, ağır zədələr yaşamışam, dörd dəfə ağır əməliyyatlar keçirmişəm və s. Çətin qərarlar qəbul etmişəm, amma təəssüflənmirəm. Hə, karyeram daha yaxşı ola bilərdi, ancaq nə olubsa, olub artıq. Həyatda hər şey ola bilər, gərək hər şeyə hazır olasan. Həyatımdan razıyam. Əsas odur ki, davamçım var – Lalə Kramarenko. Hərçənd, Azərbaycan yığma komandasında çıxış etmir. Ancaq bu artıq başqa hekayədir (gülür).
– Niyə çağırmırlar milliyə?
– Əslində, burada başlayıb gimnastikaya. Ancaq iş elə gətirdi ki, biz Moskvaya gedəndə onu məşhur gimnast Əminə Zaripova ilə tanış etdim. Zaripovanı çoxdan tanıyıram. Lalənin çıxışını bəyəndi və dedi ki, qoy burada qalsın. Bakıdakı məşqçiləri Nurlana Əlizadə və Natalya Nərimanova qızıma çox şey öyrətmişdi.
O ki qaldı niyə Azərbaycan millisinə çağırılmamasına, bilirsiniz, indi yığmamızın baş məşqçisi bolqardır(Mariana Vasilyeva – red.). Rusiyaya aparmamışdan əvvəl ona təklif etmişdim Laləni. Ancaq "hələ tezdir”, "mənim bəyəndiyim qızlar daha yaxşıdır” kimi sözlər deyib qəbul etməmişdi. Kim bilir, bəlkə nə vaxtsa çağırılacaq (gülür).
 
Əlizadə, bu saat səni öldürəcəyəm
 
– Əlbəttə, bu müsahibədə sizi Azərbaycana, Azərbaycan futboluna bəxş edən atanız haqqında danışmamaq günah olar. Stajlı azarkeşlərdən eşitmişəm ki, Sergey Kramarenko sizinlə müqayisədə çox emosional olub. Məsələn, meydanda dava düşən kimi əlcəklərini çıxarıb "hadisə” yerinə qaçırmış. Siz isə bu mənada ona oxşamamısınız, deyəsən…
– Əslində, məndə də tez özündən çıxmaq xasiyyəti var. Atamdan keçib. Amma o, tam başqa insan idi. Sırf idman hirsi olan adam idi atam. Mən çox şeydə anama oxşamışam. Anam həmişə deyir ki, yəqin azərbaycanlı olduğuma görə mənə oxşamısan. Mən də cavab verirəm ki, niyə qürrələnirsən, atam səndən daha çox azərbaycanlı idi, hətta Azərbaycan dilində də səndən daha yaxşı danışırdı (gülür).
Atamın xarakteri ilə mənim xarakterim tam fərqlidir. O, heç vaxt məğlub olmağı sevmirdi, bacarmırdı, çox prinsipial idi. Məşqlərdən sonra stadiondan hamıdan sonra çıxırdı. İstəyir yağış yağsın, istəyir qar – heç bir hava şəraiti ona mane olmurdu. Anamla nərd oynaması isə başqa aləm idi. Anam onu mars edəndə hirsindən dəli olurdu, deyirdi ki, Əlizadə, bu saat səni öldürəcəyəm (gülür). Yəni hətta nərddə də uduzmağı sevmirdi.
– Həyatınızın ən önəmli qərarlarından biri də yəqin ki, İslam dinini qəbul etməyiniz olub və mən bilən, müsəlman adınız Əlidir. Səhv etmirəm?
– Yox, səhv etmirsiniz, Əli adını seçmişəm. Bu qərarı 2005-ci ildə Tərlan Əhmədov və əvvəllər "Neftçi”də həkim işləmiş Rəhim Məhərrəmovla birlikdə verdik. Mən dedim ki, babamın adı Adildir, onun adını da götürə bilərəm. Molla ilə danışdıq, o da dedi ki, fərqi yoxdur, iki-üç ad götürə bilərsən. Öz adımı da saxladım. Doğrudur, bu yaşda bir iş üçün çətin oldu (sünnəti nəzərdə tutur – red.), ancaq hər şey normal keçdi  (gülür). Bu hadisə 2005-ci il sentyabrın 12-də oldu. Pasportda doğum günüm 12 sentyabr yazılıb, ancaq əslində 12 yanvarda dünyaya gəlmişəm. İndi mənim iki doğum günüm var, hər il hər iki tarixi qeyd edirəm (gülür). 
 
11 futbolçusundan 9-u legioner olan məşqçi haqqında "ölkə futbolunun səviyyəsini qaldırır” demək olarmı?! 
 
– Son sualım "Kramarenko məktəbin davamçısı Azərbaycanda varmı?” olacaq və davamında əlavə etmək istədiyiniz sözünüz olacaqsa, buyurun…
– Hazırda elə qapıçı var. Bizim veteran qapıçımız Elxan Həsənovun oğludur – Teymuraz. 10 yaşı var, amma fiziki göstəriciləri, boyu çox əladır. İnanıram ki, yaxşı qapıçı olacaq. Mən Şehiç, Bezotosnı və s. kimi artıq formalaşmış qapıçılarla da işləyə bilərəm, amma mənə 8-10 yaşlı uşaqlarla çalışmaq, onlara nəsə öyrətmək daha xoşdur.
O ki qaldı müsahibəyə əlavəyə… Doğrudur, bayaq Roman Qriqorçuk haqqında danışmayacağımı demişdim, ancaq deməyi özümə borc bildiyim sözlər var. Tam səmimi deyirəm, o adamın az qala Azərbaycanın əməkdar məşqçisi səviyyəsinə qaldırılmasını qəbul edə bilmirəm. Adamın komandası çempionatı üçüncü yerdə bitirir, gör onun haqqında nə deyirlər: ölkə futbolunun səviyyəsini qaldırır. Qrup mərhələsinin oyunlarında heyətdəki 11 futbolçusundan 9-u legioner olan məşqçi haqqında "ölkə futbolunun səviyyəsini qaldırır” demək olarmı?!
Məsələn, demək olardı ki, Tale Heydərov son 5 il ərzində "Qəbələ” üçün böyük işlər görüb, infrastruktur yaradıb və Qriqorçuka yaxşı oyunçular alması üçün pul ayırıb. Bunu başa düşərəm və doğru olan da məhz bu cür ifadə tərzidir. Yoxsa ki heyətdə 9-10 legioner oynadan adamın ölkə futboluna xidmət etməsindən danışmaq… Bilmirəm, bəlkə də mən səhv edirəm. Açığı, Azərbaycan çempionatı o qədər də güclü deyil ki, burda üçüncü yeri tutmaq qəhrəmanlıq sayılsın. Hə, Avropa Liqasının qrup mərhələsinə yüksəldilər, əhsən! Ancaq bunu yerli oyunçularlamı etdi Qriqorçuk? Hə, bu bizim bəlamızdır ki, keyfiyyətli avrokuboklarda oynada biləcəyimiz yerli futbolçumuz yox səviyyəsindədir, yetişdirə bilmirik. 
Sonda müsahibə üçün müraciətinizə görə sizə minnətdarlığımı bildirirəm, çox xoş söhbət oldu. Açığı, müsahibə verməyi xoşlamıram. Ancaq digər tərəfdən də fikirləşirəm ki, biz danışmadıqca, mətbuatdan qaçdıqca futbola yad adamlar gündəmdə daha çox olur, daha çox danışırlar. Ona görə də baxıram ki, danışmaq bəzən işimizin mühüm hissəsinə çevrilir (gülür). 
 
Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
 

Son yazılar

To Top