“Atletiko”dan yeni transfer
21.08.2020 , 18:59
“Atletiko” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Madrid təmsilçisi Zaqreb “Lokomotiv”indən qapıçı İbo Qrbiçi transfer edib.
24 yaşlı qolkiperlə ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, qapıçı 2018-ci ildən “Lokomotiv”də çıxış edirdi.