“Atletiko”dan yeni transfer
01.07.2025 , 23:30
“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Madrid təmsilçisi “Atalanta”nın yarımmüdafiəçisi Matteo Ruqqerini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
