“Atletiko”dan yeni transfer
24.01.2024 , 17:22

“Atletiko” “Rapid”in futbolçusu Horatsu Moldovanı heyətinə qatıb.
Korner.az xəbər verir ki, qolkiperlə 3,5 illik müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Moldovan “Rapid”lə 113 oyunda 125 qol buraxıb.
