“Atletiko” hücumçusu Fernando Torreslə müqavilənin müddətini uzadacaq.
Korner.az-ın məlumatına görə, bu barədə klubun prezidenti Enrike Sereso məlumat verib.
O, tezliklə ispaniyalı futbolçu ilə müqavilə yeniləyəcəklərini açıqlayıb: “Tezliklə Torreslə yeni müqavilə imzalayacağıq. Sadəcə bəzi xırda detalları həll etmək qalır. Hər hansı problemin olacağını düşünmürəm”.
