“Atletiko” futbolçusu Fernando Torresə yeni müqavilə təklif edib.
Korner.az-ın məlumatına görə, Madrid klubu ispan hücumçu ilə bu ilin iyununda baş çatacaq müqaviləni uzatmağı planlaşdırır.
Qeyd edək ki, F.Torres bu mövsüm La Liqada oynadığı 23 matçda 6 qol vurub və 2 qolun ötürməsini verib.
