“Atletiko”dan Super Liqaya?
24.05.2024 , 13:43
“Atletiko Madrid”in oyunçusu Tomas Lemar mövsümün sonunda klubundan ayrılacaq.
Korner.az xəbər verir ki, futbolçunun menecerlər vasitəsilə Super Liqa nəhəngləri “Beşiktaş”, “Qalatasaray” və “Fənərbağça”ya tövsiyə edilib.
“Fənərbağça”nın 28 yaşlı fransız futbolçu üçün cəhdlər etdiyi bildirilir.
Ulduz futbolçu aldığı ağır zədə səbəbindən bu mövsüm La Liqada 3 matçda cəmi 167 dəqiqə oynaya bildi.
Hazırda fuybolçunun bazar dəyəri 12 milyon avrodur.