“Atletiko”dan Qrizman qərarı
16.04.2025 , 17:47

Antuan Qrizmanın “Atletiko Madrid”dəki gələcəyi məlum olub.
Korner.az xəbər verir ki, Madrid təmsilçisi fransız futbolçu ilə yeni müqavilə üçün razılığa gəlib.
Bu barədə “Relevo” məlumat yayıb.
34 yaşlı oyunçunun hazırkı sözləşməsinin müddəti 2026-cı ilə kimidir.
Onunla imzalanması nəzərdə tutulan yeni kontrakt isə 2027-ci ilə qədər nəzərdə tutulacaq.
