Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sponsorluq etdiyi “Atletiko” İspaniya La Liqasında növbəti oyununa çıxıb.
Korner.az-ın məlumatına əsasən, “Land of fire Azerbaijan” formalı Madrid təmsilçisi üçüncü turda Sosyedad “Real”ının qonağı olub. Gərgin və maraqlı keçən oyun Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununlada “Barselona” və “Atletiko” 9 xalla 1-2-ci yerləri bölüşdürür.
1 sentyabr
İspaniya La Liqası
“Real Sosyedad” – “Atletiko” (Madrid) – 1:2
Qollar: David Villa, 27 (0:1), Koke, 57 (0:2), Prieto, 68 (1:2)
