“Atletiko”dan getdi
26.01.2024 , 20:58

“Atletiko”nun qapıçısı İvo Qrbiç komandadan ayrılıb.
Korner.az xəbər verir ki, o, karyerasına “Şeffild Yunayted”də davam edəcək.
İngiltərə təmsilçisi qapıçını mövsümün sonuna qədər icarəyə götürüb.
Qrbiç 2020-ci ildən “Atletiko”da çıxış edir.
