“Atletiko”dan ayrılan futbolçunun yeni ünvanı
30.06.2025 , 15:15

“Sanderlend” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, Premyer Liqaya yüksələn klubun “Atletiko Madrid”lə müqaviləsi başa çatan Reinildo Mandava ilə razılığa gəldiyi iddia olunur.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Tərəflər arasında 2 illik sözləşmənin imzalanacağı gözlənilir.
Mozambikli futbolçu ötən mövsüm La Liqa təmsilçisinin heyətində 33 matçda çıxış edib.
