“Atletiko”da yeni müqavilə
02.06.2025 , 19:03

“Atletiko”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Madrid təmsilçisi fransalı futbolçu Antuan Qrizmannın sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı hücumçunun yeni kontraktı 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub.
