“Atletiko”da yeni hücumçu
09.07.2022 , 17:38

“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Madrid təmsilçisi Portuqaliyanın “Jil Visente” klubundan Samuel Linonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı cinah hücumçusu ilə 5 illik müqavilə imzalanıb.
