“Atletiko”da qalacaq
11.06.2025 , 10:26

“Atalanta”nın qolkiperi Xuan Musso “Atletiko” ilə razılığa gəlib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı qapıçı Madrid klubunda qalacaq.
Argentinalı oyunçu 2024/2025 mövsümündə icarə əsasında İspaniya klubunda çıxış edirdi.
