“Atletiko”da da maaşlar 70 faiz azaldıldı
03.04.2020 , 10:14

İspaniyanın “Atletiko” klubunun üzvləri maaşlarının 70 faizindən imtina ediblər.
Korner.az-ın məlumayına görə, Madrid klubunun futbolçuları koronavirus pandemiyasına görə yarana biləcək maliyyə böhranının qarşısını almaq üçün bu addımı atıblar.
Klub yaydığı açıqlamada 430 işçinin maaşının gecikdirilmədən verəcəyini bildirib.
