Çempionlar Liqasının qrup mərhələsinin növbəti matçında İsveç “Malmö”sü ilə qarşılaşacaq “Atletiko” ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, Madrid klubunun 3 futbolçusu, Qabi, Kristian Ansaldi və Tiaqo Mendes bu matçda komandasına kömək edə bilməyəcəklər. Hazırda hər 3 dutbolçu da zədəlidi və onlar bu oyun üçün heyətə daxil edilməyiblər.
Qeyd edək ki, “Atletiko” – “Malmö” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:45-də Madriddə keçiriləcək.
