“Atletiko”da ciddi itki
13.08.2019 , 18:31

“Atletiko” ciddi itki ilə üzləşib.
Korner.az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Dieqo Kosta zədələnib.
Beynəlxalq Çempionlar kuboku çərçivəsində “Yuventus”la keçirilən matçda (2:1) zədələnən hücumçunun 1 aya yaxın yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
