Futbol

“Atletiko” yayda da futbolçu ala bilməyəcək

01.06.2017 , 12:16

Beynəlxalq İdman Arbitraj Məhkəməsi “Atletiko”nun transfer qadağası ilə bağlı apellyasiya şikayətini rədd edib.

Beləliklə Madrid klubu bu yay da heyətinə futbolçu cəlb edə bilməyəcək.

Qeyd edək ki, 18 yaşına çatmayan futbolçuların transferi zamanı qanun pozuntusuna yol verdiyi üçün “Atletiko”nun bu qış və yay transferləri dövründə oyunçu alması qadağan olunub.

Son yazılar

Yuxarı