“Atletiko” Xavi Qalanı “Osasuna”ya icarəyə verdi
25.12.2025 , 11:22
“Atletiko” (Madrid) heyətində yer alan Xavi Qalanla bağlı qərarını verib.
Korner.az xəbər verir ki, paytaxt klubu 31 yaşlı müdafiəçini icarə əsasında “Osasuna”ya göndərib.
Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Razılaşmaya əsasən, ispan futbolçu 2026-cı ilin 30 iyun tarixinədək “Osasuna”nın formasını geyinəcək. Keçid üçün “Osasuna”nın “Atletiko”ya 500 min avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Xavi Qalan cari mövsümdə Madrid klubunun heyətində 7 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu daha əvvəl “Real Sosyedad”, “Selta”, “Ueska” və “Kordoba” klublarında da çıxış edib.