Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, baş tutacaq iki oyunla iki oyunla daha iki yarımfinalçının adı bəlli olacaq.
Madriddə "Barselona" "Atletiko"nun qonağı olacaq. Kataloniya klubu ilk görüşdə qalib gəlsə də "Atletiko" 1 cavabsız qolla qələbə qazana bilsə tur adlayan tərəf olar.
"Barsa" isə ən azından Madriddə uduzmamalıdı.
Digər oyun Portuqaliyada baş tutacaq. Burada “Benfika” “Bavariya”nı qəbul edəcək. Almaniyada keçirilən ilk oyunda Münhen təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Buna görə də bu cütün mərhələ adlamaq şansları da bərabərdir.
13 aprel
Çempionlar Liqası, 1/4 finalın cavab oyunları
22:45. "Atletiko" (Madrid, İspaniya) – "Barselona" (İspaniya) – 2:0
İlk oyun – 1:2
22:45. "Benfika" (Portuqaliya) – "Bavariya" (Almaniya) – 2:2
İlk oyun – 0:1
