“Atletiko” rəhbərliyi mövsümün sonunda “Barselona”ya keçəcəyi gözlənilən Antuan Qrizmannı komandada saxlamaq istəyir.
Madrid təmsilçisi bunun üçün futbolçunun müqavilə şərtlərini yaxşılaşdırmağa hazırdır. İlk növbədə 27 yaşlı futbolçunun gəliri artırılacaq. Əgər fransız oyunçu “Atletiko”da qalmağa razılıq versə, illik qazancı 20 milyon avro olacaq.
