İspaniya La Liqasında mübarizə aparan "Atletiko" (Madrid) İaqo Aspas ilə maraqlanır.
Korner.az-ın məlumatına görə, bu haqda İspaniya mediası xəbər yayıb.
Bildirilir ki, əgər "Mançester Yunayted"in israrla istədiyi Antonyo Qrizman "Atletiko"dan ayrılarsa, baş məşqçi Dieqo Simeone İaqo Aspasın transfer olunmasını rəhbərlikdən tələb edəcək.
Xatırladaq ki, 29 yaşlı futbolçu İspaniyanın "Selta" (Viqo) klubunun heyətində bu mövsüm 32 oyuna 18 qol vurub və 7 məhsuldar ötürmə edib.
