“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Atletiko” İspaniya La Liqasında növbəti oyununu keçirib
Madrid klubu doğma meydanda “Real Sosyedad”la qarşılaşıb. Matç Dieqo Simeonenin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Atletiko” – “Real Sosyedad” – 2:1
Qollar: Villian Joze, 29-pen (0:1), Filipe Luis, 63 (1:1), Antuan Qrizmann, 87 (2:1)
Qeyd edək ki, “Atletiko” hazırda 30 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
