“Atletiko” PSJ-dən bu futbolçunu istəyir
28.06.2024 , 11:40

“Atletiko”nun yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Madrid klubu PSJ-dən Manuel Uqarteni heyətinə cəlb etmək istəyir.
İspaniya təmsilçisi futbolçu üçün rəsmi təklif göndərəcək.
Futbolçunun transfer dəyəri 45 milyon avro dəyərindədir.
Uqarte ötən mövsüm PSJ-də 25 oyun keçirib, 2 məhsuldar ötürmə edib.
