“Atletiko” “Arsenal”ın futbolçusu Məsut Özillə danışıqlara başlayıb.
Madrid klubu Almaniya millisinin üzvünə illik 10 milyon avro əmək haqqı təklif edib.
Türkəsilli yarımmüdafiəçinin “Arsenal”la müqaviləsi mövsümün sonunda başa çatacaq. Buna görə də “Atletiko” Özili azad agent kimi heyətinə cəlb edə bilər.
