“Atletiko” onunla müqavilə uzatmadı – Rəsmi
30.06.2025 , 22:41

“Atletiko” futbolçusu Aksel Vitsellə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı belçikalı yarımmüdafiəçinin baça çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, oyunçu 2022-ci ilin yayından Madrid klubunda çıxış edirdi.
