“Atletiko” onun üçün 10 milyon avrosundan keçməyə razıdır
28.04.2023 , 17:09
“Beşiktaş”ın ulduz futbolçusu Gedson Fernandes üçün İspaniyadan böyük talibi var.
Korner.az xəbər verir ki, “Atletiko” portuqaliyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Madrid təmilsiçi futbolçu üçün 10 milyon avrosundan keçməyə razıdır.
“Qartallar” portuqaliyalı ulduz futbolçunu “Benfika”dan 6 milyon avroya transfer etmişdi. İndiyədək “Beşiktaş”ın heyətində 28 rəsmi oyuna çıxan Gedson Fernandes 5 məhsuldar ötürmə ilə yadda qalıb.