“Atletiko” Moratanı icarəyə götürür
17.01.2019 , 13:14

“Atletiko” “Çelsi”nin futbolçusu Alvaro Moratanı heyətinə cəlb etməyə yaxındır.
Madrid klubu 26 yaşlı hücumçunu yaxın vaxtlarda icarəyə götürəcək. London təmsilçisinin Mortanı birdəfəlik satmağa da hazır olduğu bildirilib. Ancaq “Atletko” ispan oyunçunu icarəyə götürməklə kifayətlənməyə qərar verdiyi vurğulanıb.
Qeyd edək ki, Moratanın “Çelsi” ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır
