Madridin “Atletiko” klubu heyətini gücləndirib.
“Hindular” “Monako”da Tomas Lemarı transfer edib. Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə dünya çempionatından sonra rəsmi müqavilə bağlanılacaq. Transferin detalları barədə açıqlama verilməyib.
Qeyd edək ki, Fransa millisinin üzvü “Monako”ya 2015-ci ildə “Kan”dan transfer olub.
