ÇL-in ikinci mərhələsində “Porto”nu səfərdə 1:3 hesabı ilə məğlub edən “Atletiko”nun futbolçusu Leo Baptistaonun formasının üzərində “Land of Fire Azerbaijan” reklamının olmaması söz-söhbətlərə səbəb olub.
Korner.az-ın məlumatına görə, futbolçu bildirib ki, futbolkanı götürərkən üzərinə fikir verməyib.
“Porto”yla oyunda komandasının 3-cü qolunu vuran Baptistao, özünü əhv etdirmək üçün Azərbaycana salam göndərib. Həmin kadrları nəzərinizə çatdırırıq.
