Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə uğrunda oyunlar keçirilib.
Koner.az-ın məlumatına görə, evində “Atletiko Madrid”ə minimal hesabla məğlub olan İtaliya nəhəngi “Milan” revanş matçına çıxıb.
Gözlənilənlərin əksinə olaraq, “Milan” 4-1 hesabı ilə darmadağın olub. Dieqo Koştanın dubl edtiyi qarşılaşmada Arda Turan, Raul Qarsiya hərəyə bir dəfə fərqlənib. “Milan”ın yeganə qolunu isə Kaka vurub.
Qeyd edək ki, ümumi hesabda “Milan”ı 5-1 hesabı ilə məğlub edən “Atletiko Madrid” 1/4 finala vəsiqə qazanıb.
Oyunda vurulan qolları sizə təqdim edirik:
)
