Madrid “Atletiko”su formasındakı yeni reklam loqosunu təqdim edib.
Korner.az-ın məlumatına görə, bunadək oyunlara “Land of Fire Azerbaijan” forması ilə çıxan futbolçular, bundan sonra matçlara üzərində “Baku 2015” reklamını daşıyan futbolkalarla çıxacaqlar.
Qeyd edək ki, bu dəyişiklikdə məqsəd 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya oyunlarını təbliğ etməkdir.
