“Atletiko Madrid” gələn mövsüm üçün Ramosu hədəfləyir
19.01.2026 , 23:00
“Atletiko Madrid” gələn mövsüm üçün transfer planlarını formalaşdırmağa başlayıb.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, klubun diqqətində PSJ-nin portuqaliyalı hücumçusu Gonçalo Ramos var.
Bildirilir ki, hücum xəttində dəyişiklik etməyə hazır olan “Atletiko”da Qrizman, Sorlot və Xulian Alvarezin gələcəyi hələlik qeyri-müəyyən olaraq qalır.
Bu səbəbdən Ramos komandaya potensial gücləndirmə kimi nəzərdən keçirilir.