“Atletiko” Kosta ilə yolları ayırdı
29.12.2020 , 18:58

“Atletiko” Dieqo Kosta ilə yolları ayırıb.
Korner.az xəbər verir ki, bu barədə Madrid klubunun saytı məlumat yayıb.
Bildirilir ki, ispan hücumçunun istəyi ilə Madrid təmsilçisi onunla müqaviləyə vaxtından əvvəl xitam verib. Razılığa əsasən, Kosta “Atletiko”nun La Liqa və ya Çempionlar Liqasındakı rəqibləri ilə razılığa gəlsə, kluba 15 milyon avro ödəyəcək.
32 yaşlı futbolçu 2017/2018 mövsümündə “Çelsi”dən “Atletiko”ya qayıtmışdı.
