“Atletiko” gənc yarımmüdafiəçi ilə müqavilə yeniləyir
07.05.2025 , 11:58

“Atletiko” futbolçusu Pablo Barriosla bağlı qərarını verib.
Korner.az xəbər verir ki, Madrid təmsilçisi gənc oyunçunun müqaviləsini müddətini uzadacaq.
Bu barədə “Relevo” məlumat yayıb.
Xəbərdə, tərəflər arasında artıq razılığın əldə olunduğu, yeni sözləşmənin 2030-cü ilin yayına qədər nəzərdə tutulduğu bildirilib.
21 yaşlı yarımmüdafiəçinin klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
