Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.
Korner.az-ın məlumatına görə, Münhendə keçiriləcək oyunla ilk finalçı bəlli olacaq.
Madriddə minimal hesabla qələbə qazanan "Atletiko" Almaniyada uduzmamağa çalışacaq. İspaniyada rəqibinə 0:1 hesabı ilə uduzan Münhen təmsilçisi doğma azarkeşləri önündə həmin əvəzini çıxmağa çalışacaq.
Qeyd edək ki, sabah keçiriləcək "Real" – "Mançester Siti" görüşündən sonra digər finalçı bəlli olacaq.
3 may
Çempionlar Liqası, yarımfinalın cavab oyunu
"Bavariya" (Almaniya) – "Atletiko" (Madrid, İspaniya) – 2:1
İlk oyun – 0:1
