Madrid “Atletiko”su heyətini gücləndirmək niyyətindədi.
Korner.az-ın məlumatına görə, paytaxt klubu “Çelsi”yə satdığı Dieqo Kostanı geri qaytarmaq istəyir.
Rəhbərlik bu addımı Cekson Martinesin satılmasından sonra atmağı qərarlaşdırıb. “Qırmızı-ağlar” ispan forvarda 45 milyon avro təklif edəcək.
