“Barselona” da ilk oyun günündə meydana çıxıb. Kataloniya təmsilçisi Viqoda “Selta”nın qonağı olub. Dörd qolun qeydə alındığı görüşdə lider xal itkisi ilə üzləşib. “Vilyarreal” isə evdə “Leqanes”ə qalib gəlib.
İkinci oyun günündə Madrid “Real”ı da xal itirib. Son çempion “Atletik”lə ev oyununda 1 xala razılaşıb. Günün digər oyunlarında “Valensiya” evdə “Xetafe”yə uduzubsa, “Espanyol” da “Eybar”la bacarmayıb.
Son gündə isə Madrid “Atletiko”su səfərdə “Real Sosyedad”a böyük hesabla uduzmaqla hər kəsi təəccübləndirib. “Alaves” evdə “Jirona”ya uduzub. “Levante” – “Malaqa” və “Betis” – “Las Palmas” görüşlərində isə meydan sahibləri son dəqiqə qolu sayəsində minimal hesabla üstün olublar.
İspaniya La Liqası, 33-cü tur
17 aprel
Deportivo – Sevilya 0:0
Selta – Barselona 2:2
Qol: Conni, 45. Aspas, 82 – Dembele, 36. Alkaser, 64.
Vilyarreal – Leqanes 2:1
Qol: Ruis, 42. Bakka, 55 – Brasanaç, 82.
18 aprel
Espanyol – Eybar 0:1
Qol: Lomban, 32.
Valensiya – Xetafe 1:2
Qol: Rodriqo, 69 – Remi, 16; 49.
Real – Atletik 1:1
Qol: Ronaldo, 87 – Uilyams, 14.
19 aprel
Alaves – Jirona 1:2
Qol: Pina, 90 – Qarsiya, 59. Stuani, 86-pen.
Real Sosyedad – Atletiko 3:0
Qol: Xose, 27. Xuanmi, 80; 90.
Levante – Malaqa 1:0
Qol: Boatenq, 90.
Betis – Las Palmas 1:0
Qol: Firpo, 90.
