“Atletiko” braziliyalı vingeri istəyir
09.04.2025 , 11:30

Hazırda “Betis”də icarə əsasında forma geyinən Antoni yeni transfer iddiası ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, braziliyalı vingerlə “Atletiko”nun maraqlandığı iddia olunur.
Madrid klubu futbolçunun müqavilə ilə məxsus olduğu “Mançester Yunayted”lə danışıqlara başlayacaq.
La Liqa klubu 26 yaşlı oyunçu üçün İngiltərə komandasına 45 milyon avro təzminat və əlavə olaraq 30 milyon avro bonuslar təklif edəcək.
