“Atletiko” və “Barselona”dan qələbə
11.04.2024 , 01:00

Bu gün UEFA Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulub.
Korner.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma keçirilib.
Madrid “Atletiko”su azarkeşləri önündə Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib və 2:1 hesablı qələbə qazanıb.
Digər görüşdə isə “Barselona” Fransada PSJ-nin qonağı olub. Matç Kataloniya klubunun 3:2 hesablı qələbəsi ilə bitib.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
10 aprel
23:00 Atletiko (İspaniya) – Borussiya (Dortmund, Almaniya) – 2:1
Qollar: Rodriqo, 4, Lino, 32 – Sebastyan Haller, 81
23:00 PSJ (Fransa) – Barselona (İspaniya) – 2-3
Qollar: Dembele, 48, Vitinya, 51 – Rafinya, 37, 62, Kristensen, 77
