Çempionlar Liqasının 1/8 final mərhələsininin son dörd cavab qarşılaşması üçün hakimlər təyinatları açıqlanıb.
Korner.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, sabah keçiriləcək “Monako” – “Arsenal” matçını norveçli Sven Odvar Moenin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Günün digər oyunu – “Atletiko” (Madrid) – “Bayer” (Leverkuzen) maçtı italiyalı Nikola Ritsoliyə həvalə olunub.
Martın 18-də keçiriləcək “Barselona” – “Mançester Siti” matçına italiyalı Canluka Rokki, “Borussiya” (Dortmund) – “Yuventus” görüşünə isə serbiyalı Milorad Maziç təyinat alıb.
