“Simurq”un prezidenti Anar Bəkirov İspaniyaya işgüzar səfərə gedib.
Korner.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komandanın prezidenti səfər zamanı paytaxt Madriddə “Joma” şirkətinin rəhbərliyi ilə görüşüb və gələcək əməkdaşlıq müzakirə edilib. Nəticədə, yüksək keyfiyyətli idman geyimləri və aksessuarlarına görə dünyada məşhur olan marka ilə “Simurq” arasındakı müqavilə daha bir il müddətinə artırılıb.
Növbəti mövsümdə Zaqatala təmsilçisi “Joma” şirkətinin istehsalı olan geyim dəstlərindən istifadə edəcək. Yaxın günlər ərzində isə komandann yeni forması ictimaiyyətə təqdim ediləcək.
Klub prezidenti Anar Bəkirov səfər müddətində bir neçə tanınmış menecerlərlə görüşlər keçirməyi planlaşdırır. Həmçinin bu gün, Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Atletiko Madrid” və “Barselona” oynuna da tamaşa edəcək.
