Bu gün Azərbaycanlı futbol azarkeşləri dünya ulduzlrını özündə cəm edən Madridin "Atletiko" klubunun canlı oyununun şahidi olacaqlar.
Korner.az-ın məlumatına görə, "Bakı" futbol klubunun təşəbbüsü ilə ölkəmizə təşrif buyuran Madrid klubu bu gün "zolağlılar"la yoxlama oyununa çıxacaq. 2 dəfə Avropa Liqası, 1 dəfə Kuboklar Kuboku, 2 dəfə Superkubok, 1 dəfə Qitələrarası kubokun sahibi ilə oyun maraqla gözlənilir.
Yoldaşlıq oyunu
20:00. “Bakı” – “Atletiko” 0:3
Qol: Oliver, 43, Dieqo Kosta, 83, İnsua, 88
Tofiq Bəhramov adına Respublika stadionu
