"Atletiko" (Madrid) azərbaycanlı nazirlərə forma hədiyyə edib.
Korner.az-ın məlumatına görə, bu barədə "Bakı" klubunun icraçı direktoru Yaşar Seyidov açıqlama verib.
"Atletiko" tərəfindən formalar hər birinə bir ədəd olmaqla Gənclər və İdman Naziri Azad Rəhimov, Təhsil Naziri Mikayıl Cabbarov, Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev, eləcə də ölkəmizin futbol qurumlarının rəhbərləri – Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədovun adına göndərilib.
Y. Seyidov yaxın vaxtlarda "Bakı" klubunun rəhbərliyinin formaları adları çəkilən şəxslərə təqdim edəcəyini deyib.
