“Atletiko” 3 xalı 1 qol ilə qazandı
20.04.2019 , 20:17

İspaniya çempionatında 33-cü turun oyunları keçirilir.
Turnir cədvəlinin lideri “Barselona” ilə xal fərqini qorumağa çalışan Madridin “Atletiko” klubu səfərdə “Eybar”la qarşılaşıb. Son dəqiqələrdə vurulan qol “Atletiko” klubuna qələbə qazandırıb.
İspaniya çempionatı / 33-cü tur:
20 aprel, şənbə
“Eybar” – “Atletiko” 0:1
Qol: 85′ Tomas Lemar (0:1)
Qeyd edək ki, “Atletiko” klubu bu qələbə ilə Çempionlar Liqasına vəsiqəni təmin edib.
