Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “İnter” – “Atletik” (Bilbao) matçının biletləri satışa çıxarılıb.
Korner.az-ın “İnter”in rəsmi “facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, azarkeşlər biletləri “İnter Arena” stadionunun kassasından əldə edə bilərlər.
Biletlərin qiyməti sektorlara görə 2-3 manat arasında dəyişir.
